Narkotikin təsiri altında yük avtomobili idarə etdi – VİDEO

Hazırda oxunan: Narkotikin təsiri altında yük avtomobili idarə etdi – VİDEO

587349

Bərdə rayon sakini Rəşad Kərimov "Ford" markalı yük avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən Yol Polisi Xidməti Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitənin təsiri altında olduğu sübuta yetən R.Kərimov barəsində müvafiq tədbirlər görülməklə ərazi polis orqanına təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin