Ali Məhkəmə iş adamı ilə bağlı qərar verdi

Hazırda oxunan: Ali Məhkəmə iş adamı ilə bağlı qərar verdi

587325

Ali Məhkəmədə quru meyvə satışı ilə məşğul olmuş iş adamı Elman Ağasıyevin barəsindəki kassasiya şikayətinə baxılıb.

Bizim.Media xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Qəbələ rayon sakini Elman Ağasıyev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində hüquq-mühafizə orqanlarına 4 nəfərin şikayət etdiyi qeyd olunur. Məlumata görə, Elman Ağasıyev həmin şəxslərin müvafiq olaraq 10.000, 85.850, 132.000 və 18.000 manat məbləğində vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.

Quru meyvə alqı-satqısı ilə məşğul olan tərəflər arasında narazılıq yaranıb və araşdırma zamanı onun külli miqdarda dələduzluq etdiyi üzə çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Ağasıyev 6 il müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin