Bakıda daha 2 nəfər dəm qazından öldü

Hazırda oxunan: Bakıda daha 2 nəfər dəm qazından öldü

587314

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bizim.Media xəbər verir ki, Yasamal rayon Ü.Əkbərov küçəsində kirayə yaşayan Muradov Faiq Yusif oğlu hamam otağında çimərkən dəm qazından zəhərlənib.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Oxşar hadisə dünən Xəzər rayonunda da qeydə alınıb. Binə qəsəbəsinin Qardaşxan küçəsində fərdi yaşayış evində yaşayan Qasımova Xəyalə Asif qızı evdə dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma aparılır. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin