Bakıda iki məktəbə eyni şəxsin direktorluq etməsi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Bakıda iki məktəbə eyni şəxsin direktorluq etməsi ilə bağlı AÇIQLAMA

587233

Bakıda iki təhsil müəssisəsinə - 135 və 244 nömrəli məktəblərə bir şəxsin – Şəfa Qurbanovanın direktor təyin olunması ilə bağlı məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən qafqazinfo.az-a bildirilib ki, Şəfa Qurbanova 244 nömrəli məktəbə 3 ay müddətinə təyinat alıb.
 

“Bakı şəhəri 135 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şəfa Qurbanovaya 5 dekabr 2025-ci il tarixindən 3 ay müddətinə 244 nömrəli tam orta ümumtəhsil məktəbinin vakant olan direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası həvalə edilib”, - məlumatda vurğulanıb.


Məsələ ilə bağlı ilkin məlumatı “Unikal.az” saytı yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin