Avtomobildə yanaraq həyatını itirən 3 yaşlı uşağın FOTOSU - ÖZƏL

Hazırda oxunan: Avtomobildə yanaraq həyatını itirən 3 yaşlı uşağın FOTOSU - ÖZƏL

587231

Xəbər verildiyi kimi Siyəzəndə bədbəxt hadisə baş verib.

Rayonun Böyük Həmyə kənd sakini, 3 yaşlı Seyfəl Bağırlı yaşadığı evin həyətində park edilmiş atası Hüseynağa Bağırova məxsus avtomobilə oynamaq məqsədilə daxil olub və avtomobildə baş verən qısaqapanma nəticəsində yanaraq ölüb.
 

MÖVZU İLƏ BAĞLI: 

Siyəzəndə 3 yaşlı uşağın faciəvi ölümünün TƏFƏRRÜATI – ÖZƏL


Uşağın atası Hüseynağa Bağırov maşınını təmir edirmiş. Seyfəl də həmin vaxt maşına daxil olaraq avtomobilin salonunda oturub.

Azyaşlının atası evə vintaçan gətirmək üçün gedib. Geri qayıdanda isə maşının tüstüləndiyini görüb. Ata pəncərəni sındırıb uşağı çıxarmaq istəsə də, şüşəni sındıra bilməyib.
 

Bu zaman qapını açıb və içəri oksigen daxil olduğundan maşın qəfil tam alışıb. Yanğından qorxan uşaq qabaq oturacaqdan arxaya keçərək qısılıb qalıb və yanaraq həyatını itirib.


Bizim.Media avtomobildə yanaraq həyatını itirən 3 yaşlı Seyfəlin fotosunu əldə edib.
Həmin fotonu təqdim edirik:



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin