Xəbər verildiyi kimi Ağcabədidə doğuş zamanı körpə ölümü baş verib.
Zərdab rayon sakini 2004-ci il təvəllüdlü Ləman Abbas qızı Rəhimova hamiləlik sancısı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Doğuş zamanı qadının bətnində olan qız övladı tələf olub.
MÖVZU İLƏ BAĞLI:
Bəs, körpə hansı səbəbdən ölüb?
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 23.12.2025-ci il tarixində saat 19:15 radələrində 2004-cü il təvəllüdlü, hamiləliyi 39 həftə olan qadın Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.
24.12.2025-ci il saat 08:30 radələrində ölü döl ana bətnindən xaric edilib.
Hazırda ananın müalicəsi Doğum şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
Məlumatda o da qeyd olunub ki, dölün meyiti təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Təşrihin nəticəsindən asılı olaraq dölün ölümünün dəqiq zamanı və bilavasitə səbəbi haqqında rəy təqdim etmək mümkün olacaq.
Alçina Amilqızı, Bizim.Media
































































































