Azərbaycan informasiya məkanında YENİLİK – “The Daily Baku” xəbər saytı fəaliyyətə başladı – FOTO

Hazırda oxunan: Azərbaycan informasiya məkanında YENİLİK – “The Daily Baku” xəbər saytı fəaliyyətə başladı – FOTO

587163

Azərbaycanda yeni informasiya portalı – The Daily Baku xəbər saytı fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə saytın təsisçisi Ülviyyə Zülfiqar sosial şəbəkə hesabında məlumat yayıb.

“Sayt üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək. Müasir üslubda dizayn olunmuş sayt ölkədən və dünyadan xəbərlər, analitik materiallar, müxtəlif sahələri əhatə edən məlumatları özündə əks etdirir. The Daily Baku xəbər saytı Media Reyestrində rəsmi qeydiyyatdan keçib.

Saytın xüsusilə bu gün – 24 dekabr tarixində fəaliyyətə başlaması komandamız üçün böyük qürur mənbəyidir.

Komandamıza uğurlar diləyir, sizləri saytımızı gündəlik olaraq ziyarət etməyə dəvət edirəm”, - deyə Ülviyyə Zülfiqar bildirib.

Qeyd edək ki, Ülviyyə Zülfiqar Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktorunun media və xarici əlaqələr üzrə müşaviridir. O, həmçinin siyasi ekspert kimi fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin