Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın öldüyü təyyarə qəzası ilə bağlı açıqlama verilib.
MÖVZU İLƏ BAĞLI:
Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankaradan Tripoliyə uçarkən qəzaya uğrayan təyyarənin səsyazma cihazı və "qara qutu"su tapılıb.
"Təyyarənin səs yazıcısı saat 02:45-də dağıntı yerində, qara qutu isə saat 03:20-də tapılıb.", - deyə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Xatırladaq ki, göyərtəsində 6 nəfərin olduğu təyyarə Ankaradan Tripoliyə qayıdarkən qəzaya düşüb.
Bizim.Media



































































































