Ucarda ağır qəza olub. Hadisə Ucar- Göyçay avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, "VAZ-2106” və "VAZ-21011" markalı iki maşın toqquşub.
Nəticədə 4 nəfər - Rasim Novruzov, Şamil Cəbrayılov, Əzizaga Abbasov və Aynur Məhərrəmova xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu



































































































