Sabir Rüstəmxanlıya yeni vəzifə verildi

Hazırda oxunan: Sabir Rüstəmxanlıya yeni vəzifə verildi

587089

Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibliyinin iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə apa-ya AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

İclasda bir neçə qərar qəbul edilib.

Katibliyin qərarı ilə Güney Azərbaycan ədəbiyyatı komissiyasının yeni tərkibi formalaşdırılıb. Xalq şairi Sabir Rüstəmxanlı sözügedən komissiyanın sədri, şair Həmid Herisçi sədrin müavini, Pərvanə Məmmədli isə komissiyanın katibi təyin edilib.
 

Qeyd edək ki, bu qərara qədər Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri şair Sayman Aruz idi. Sayman Aruz AYB-nin sədri, Xalq yazıçısı Anarın müşaviri vəzifəsində qalıb.


Xatırladaq ki, bir müddət əvvəl bir sıra Güney azərbaycanlı qələm adamlarının Sayman Aruzla bağlı narazılıqları və Xalq yazıçısı Anara ünvanlanan, bu narazılıqları özündə ehtiva edən müraciətləri mediada yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin