Azərbaycanda asbestdən istifadə QADAĞAN ediləcək - Bu TARİXDƏN

Hazırda oxunan: Azərbaycanda asbestdən istifadə QADAĞAN ediləcək - Bu TARİXDƏN

587065

Asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədən çıxarılacaq.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
 

Qanun layihəsinə əsasən, Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına asbest və və tərkibində asbest olan məhsullar daxil ediləcək.


Qanun qəbul ediləcəyi təqdirdə 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin