Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi baş verib.
Bizim.Media DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə tikilmiş bulaqdan iki ədəd su kranı, eyni zamanda üç avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayıb.
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Kamran Qasımov müəyyən olunaraq saxlanılıb. Həmin şəxsin törətdiyi hadisələr təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:09 / 23.12.2025
Bakıda şəhid bulağından oğurluq edildi – ANBAAN VİDEO
Hazırda oxunan: Bakıda şəhid bulağından oğurluq edildi – ANBAAN VİDEO
Hazırda oxunan: Bakıda şəhid bulağından oğurluq edildi – ANBAAN VİDEO
587048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































