Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi

587038

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, Ədliyyə Nazirliyindən "apa.az"a verilən məlumata görə, 1955-ci il təvəllüdlü (70 yaşlı), hazırda məhkum olan Vaqif Xaçaturyanın səhhətində 22 dekabr 2025-ci il tarixində pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrıları yaranıb.

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tibb-sanitariya hissəsinin həkimi tərəfindən ilk həkim yardımı göstərilib və təcili olaraq ambulansla Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə təxliyə edilib.

Orada intensiv müalicə və reanimasion tədbirlər görülüb, lakin vəziyyətində nəzərəçarpan müsbət dinamika müşahidə edilmədiyindən yüksək ixtisaslı tibbi yardım məqsədilə müvafiq dövlət tibb müəssisəsinə təxliyə edilib.

Hazırda vəziyyəti ağır qiymətləndirilir və intensiv müalicə tədbirləri davam etdirilir.

Qeyd edək ki, Vaqif Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilərək 7 noyabr 2023-cü il tarixində 15 il müddətinə azadlıqdan məhrum olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin