İcbari tibbi sığorta ilə 347 mindən çox əməliyyat icra olunub – RƏSMİ

Hazırda oxunan: İcbari tibbi sığorta ilə 347 mindən çox əməliyyat icra olunub – RƏSMİ

587034

Cari ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində vətəndaşlara 86 milyondan çox tibbi xidmət göstərilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-ya məlumat verilib.

Verilən açıqlamada 2025-ci ildə İTS çərçivəsində ən çox istifadə edilən xidmətlər də qeyd olunub:

“Əhali tərəfindən dövlət tibb müəssisələrinə müraciətlər 4%, xidmətlərin icrası isə 12% artıb. Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir”.

Bəs İTS  çərçivəsində neçə  əməliyyat həyata keçirilib?
 

Agentlikdən bildirilib ki, dövlət tibb müəssisələrində 347 mindən çox əməliyyat icra olunub. Ən çox uroloji, təbii doğuş və qeysəriyyə əməliyyatları üstünlük təşkil edib.


Özəl tibb müəssisələrinə 10 ay ərzində verilən 260 mindən çox göndəriş isə vətəndaşların seçim imkanlarını və tibbi xidmətlərə əlçatanlığı daha da genişləndirib.  

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin