Qadınları şantaj edən "Roman"a HÖKM OXUNDU

Hazırda oxunan: Qadınları şantaj edən "Roman"a HÖKM OXUNDU

587030

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə sosial şəbəkələrdə "Roman" adı ilə qadınları şantaj edən Yaşar Məmmədovun cinayət işi üzrə məhkəmədə hökm elan olunub.

Bizim.Media xəbər verir ki, məhkəmə Yaşar Məmmədovun 5 il azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Xatırladaq ki, araşdırma zamanı məlum olub ki, Yaşar Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini həmin hesablarda müxtəlif formalarda paylaşıb.

Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara "Roman" adı ilə tanıdıb. Qadınlarla tanış olduqdan sonra dostunun haker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

İstintaq zamanı Yaşar Məmmədovun respublikanın digər şəhər və rayon sakinlərinə qarşı da analoji cinayətlər törətdiyi müəyyən edilib. Ona qarşı CM- nin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 182.2.2 (Hədə-qorxu ilə tələb etmə -təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin