Bu şəxslər ödənişsiz tibbi və psixoloji yardım ALA BİLƏCƏKLƏR

Hazırda oxunan: Bu şəxslər ödənişsiz tibbi və psixoloji yardım ALA BİLƏCƏKLƏR

587008

Minatəmizləmə zamanı zərərçəkmiş şəxslər  tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına tibbi yardım ala biləcəklər.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü onlayn iclasında "Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda ("Əhalinin sağlamlığının qorunması haqqında") dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaqlar.

Bundan əlavə, minatəmizləmə zamanı zərərçəkənlər ödənişsiz psixoloji yardım alacaqlar.

Qanun layihəsinə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlərin ödənişsiz psixoloji yardım almaq hüququ vardır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin