Ağsuda pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs həbs edilib.
Bizim.Media xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.
Reyd zamanı işlədiyi avtomobil təmiri sexində pirotexniki vasitələrin satışını həyata keçirən Seymur Novruzov müəyyən olunaraq saxlanılıb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. O, 8 sutka inzibati qaydada həbs olunub.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:08 / 23.12.2025
Ağsuda partlayıcı vasitələr satan şəxs həbs olundu – FOTO
Hazırda oxunan: Ağsuda partlayıcı vasitələr satan şəxs həbs olundu – FOTO
Hazırda oxunan: Ağsuda partlayıcı vasitələr satan şəxs həbs olundu – FOTO
586999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































