Televiziyanın efirinə çıxmaq istəyən qadın müğənniyə qarşı DƏLƏDUZLUQ

Hazırda oxunan: Televiziyanın efirinə çıxmaq istəyən qadın müğənniyə qarşı DƏLƏDUZLUQ

586995

"Dünya TV"nin efirinə çıxmaq istəyən qadın müğənni dələduzluğun qurbanı olub.

Bizim.Media xəbər verir ki, müğənni kimi fəaliyyət göstərən Zeynəb Qasımova tanışı Əlizamin Məmmədova (soyadlar şərtidir) Sumqayıtda yerləşən "Dünya TV"nin efirinə çıxmaq istədiyini bildirib.

Əlizamin bunu 800 manat qarşılığında edə biləcəyini deyib.

Müğənnidən 800 manat alan Əlizamin ona telekanalın əməkdaşları tərəfindən telefon zəngi gələcəyini söyləyib. Zeynəb inanaraq zəngi gözləyib, amma bu baş verməyib. Əlizamin isə Zeynəbdən aldığı pulu xərcləyib.

Qarşı tərəfdən pulunu istəyən ifaçı yalnız 70 manat ala bilib. Pulun qalan hissəsini ala bilməyən Zeynəb Qasımova məhkəməyə üz tutub. Məhkəmə Əlizamin Məmmədova 1 500 manat cərimə kəsib. İndi təqsirləndirilən şəxslə müğənni arasında əldə olunan razılığa əsasən, Əlizamin Zeynəbə hər ay 50 manat ödəməklə pulunu qaytaracaq. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin