Piyada keçidləri yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edən yol sahələridir. Bu ərazilərdə baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların əksər hissəsi yol hərəkəti iştirakçılarının, xüsusilə də sürücülərin qaydalara əməl etməməsi səbəbindən baş verir və ağır nəticələrlə müşayiət olunur.
Bizim.Media xəbər verir ki, bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub.
“Bakı–Şamaxı avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, eynisəviyyəli piyada keçidlərində qəzaların əsas səbəbləri sırasında sürət həddinin aşılması, diqqətsizlik, tələskənlik və riskin düzgün qiymətləndirilməməsi xüsusi yer tutur.
Piyada keçidinə yaxınlaşan sürücülərin sürəti vaxtında azaltmaması, yol şəraitini lazımi səviyyədə müşahidə etməməsi və piyadalara üstünlük verməməsi ağır nəticələrə yol açır.
Nəzərə alınmalıdır ki, sürücünün verdiyi hər bir qərar, sükan arxasında göstərdiyi hər bir davranış birbaşa insan həyatına təsir göstərir. Bu səbəbdən piyada keçidlərinə yaxınlaşarkən maksimum diqqət və ehtiyatlılıq nümayiş etdirilməsi zəruridir.
Eyni zamanda, piyadalar da yol hərəkətinin iştirakçısı kimi üzərlərinə düşən məsuliyyəti unutmamalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli, yolun hərəkət hissəsinə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və hərəkətin intensivliyini real qiymətləndirməlidirlər. Qəfil hərəkətlər, ləngimələr və yola qaçaraq çıxmaq qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Aparılan müşahidələr və təhlillər göstərir ki, piyada keçidlərində təhlükəsizliyin təmin olunması qarşılıqlı məsuliyyət prinsipi əsasında mümkündür. Sürücü və piyada arasında diqqət və qaydalara əməl edilməsi insan həyatının qorunmasında həlledici rol oynayır.
Baş Dövlət Yol Polisi İdarəsi hər bir yol hərəkəti iştirakçısını qaydalara ciddi əməl etməyə, insan həyatına biganə yanaşmamağa çağırır”, - deyə məlumatda bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:53 / 23.12.2025
Piyada keçidindəki ağır qəzanın ANBAAN VİDEOSU
Hazırda oxunan: Piyada keçidindəki ağır qəzanın ANBAAN VİDEOSU
Hazırda oxunan: Piyada keçidindəki ağır qəzanın ANBAAN VİDEOSU
586977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































