Banklara xarici valyuta ilə yerləşdirilən əmanətlər sığortalanır? – RƏSMİ CAVAB

Hazırda oxunan: Banklara xarici valyuta ilə yerləşdirilən əmanətlər sığortalanır? – RƏSMİ CAVAB

586976

Müddətli əmanətlər bank sektorunda vətəndaşların vəsaitlərini qorumaq və əlavə gəlir əldə etmək üçün istifadə etdiyi maliyyə alətlərindən biri hesab olunur. 

Bu əmanət növündə müştəri müəyyən edilmiş müddət ərzində vəsaitini bankda saxlayır və müqabilində əvvəlcədən razılaşdırılmış faiz gəliri əldə edir.

Ölkədə fəaliyyət göstərən banklar isə müştəri cəlb etmək məqsədilə müddətli əmanətlər üzrə müxtəlif faiz dərəcələri və şərtlər təqdim edir. Müddətli əmanətlər üzrə əsas şərtlər bankdan-banka dəyişir. Əmanətin müddəti, valyutası, faiz dərəcəsi, eləcə də minimum yerləşdirilə bilən məbləğ seçim zamanı diqqət edilən əsas amillərdir.

Aşağıdakı cədvəldə müddətli əmanətlər üzrə bankların təqdim etdiyi əsas şərtlər təqdim olunub:




Göründüyü kimi bəzi bankalar xarici valyuta ilə qoyulan əmanətlərə fərqli və bir qədər də çox faiz vəd edirlər.

Amma son illərin acı təcrübəsi göstərir ki, bankların müflis olması heç də nadir hadisə deyil. Ona görə də yüksək faizlərə aldanıb vəsaitimizi riskə atmaq da təhlükəlidir.

Maraqlıdır, xarici valyuta ilə qoyulan əmanətlərin hamısı sığortalanırmı?

Məsələ ilə bağlı Mərkəzi Banka sorğu ünvanladıq. MB-dən Bizim.Media-ya bildirilib ki, “Əmanətlərin sığortalanması haqqında” Qanuna (Qanun) əsasən, sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanət qorunan əmanət hesab olunur:
 

“Qorunan əmanətçilərin dairəsi Qanunda müəyyən edilib. Qanunvericiliklə fiziki şəxslərin milli valyutada 12%-dək, xarici valyutada 2.5%-dək olan faiz dərəcəsi ilə banklarda yerləşdirilimiş əmanətləri qorunan əmanətlərə aid edilmişdir. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. 


Əlavə olaraq qeyd edək ki, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin