“Nərimanov” metrosunun ətrafı belə olacaq – FOTO

Hazırda oxunan: “Nərimanov” metrosunun ətrafı belə olacaq – FOTO

586974

“Nəriman Nərimanov” metro stansiyası ətrafında yeni infrastrukturun yaradılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, “28 May” metro stansiyası ətrafında aparılan uğurlu yenidənqurma işlərindən sonra oxşar layihənin növbəti mərhələdə “Nəriman Nərimanov” metro stansiyası ərazisində, xüsusilə Təbriz küçəsi boyunca həyata keçirilməsi nəzərdə tutulur.

Yeni konsepsiyaya əsasən, layihənin əsas məqsədi insanlar üçün müasir, təhlükəsiz və rahat şəhər mühitinin formalaşdırılmasıdır. Hazırda avtomobil hərəkətinin yüksək sıxlığı ilə seçilən Təbriz küçəsi yenidənqurmadan sonra həm sürücülər, həm də piyadalar üçün daha komfortlu olacaq.

Layihə çərçivəsində geniş səkilərin salınması, müasir işıqlandırma sistemlərinin quraşdırılması, eləcə də fiziki məhdudiyyətli şəxslər üçün maneəsiz giriş imkanlarının yaradılması planlaşdırılır. Bu dəyişikliklər küçəni rayon sakinləri üçün gəzinti və istirahət üçün cəlbedici məkana çevirməyi hədəfləyir.

Layihə ilə bağlı daha ətraflı məlumatın yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi bildirilib. (Mənbə: Day.az)









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin