iPhone 18-in sınaq istehsalına bu tarixdə BAŞLANACAQ

Hazırda oxunan: iPhone 18-in sınaq istehsalına bu tarixdə BAŞLANACAQ

586971

Apple şirkəti iPhone 18 seriyalı smartfonların sınaq istehsalına 2026-cı ilin yanvar ayında start verməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Çinin Weiboda sosial şəbəkəsində paylaşım edən Fixed Focus Digital adlı insayder məlumat yayıb.

Sınaq mərhələsindən sonra Apple Çinin Yeni ilinə qədər — 2026-cı il fevralın 17-dən öncə — iPhone 18-in kütləvi istehsalına başlamağı nəzərdə tutur. Bu istehsal qrafiki Apple-ın payız təqdimatları öncəsi buraxılış həcmini mərhələli şəkildə artırmaq ənənəsinə uyğundur.

İnsayderin bildirdiyinə görə, iPhone 18 Pro modelinin yığım xətti artıq tam hazır vəziyyətə gətirilib. Bununla belə, yeni nəsil smartfonun dizaynında köklü dəyişikliklərin olmayacağı qeyd edilir. Bu isə iPhone 18 seriyası ilə bağlı daha əvvəl yayılan radikal dizayn yenilikləri barədə şayiələri sual altına qoyur.

Qeyri-rəsmi məlumatlara əsasən, Apple 2026-cı ilin payızında iPhone 18 Pro və iPhone 18 Pro Max modellərini, eləcə də qatlanan iPhone Fold smartfonunu təqdim edə bilər. iPhone 18-in baza versiyasının və iPhone Air 2 modelinin isə 2027-ci ilin yazında elan ediləcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin