Vəfa Hüseynzadə yüksək vəzifəyə təyin olundu – ÖZƏL

Hazırda oxunan: Vəfa Hüseynzadə yüksək vəzifəyə təyin olundu – ÖZƏL

586970

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Nizami Tibb Mərkəzinə direktor təyin edilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, xəstəxananın direktoru vəzifəsinə Hüseynzadə Vəfa Oruc qızı təyinat alıb.

Məlumat üçün bildirək ki, Hüseynzadə Vəfa Oruc qızı 1978-ci ildə anadan olub.

2000-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

2000-2001-ci illərdə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda internatura təhsili alıb.

2003-cü ildən ETMG İnstitutunda elmi işçi, böyük elmi işçi, həkim mama-ginekoloq kimi fəaliyyət göstərib.

2009-cu ildə “Abdominal doğuşun müasir aspektləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2011-2014-cü illərdə Fransada endoskopik cərrahiyyə üzrə ixtisasartırma kursları keçib.

2021-ci ildə ETMG institutunda Zahılıq şöbəsinin müdiri təyin edilib.

2022-ci ildə Kliniki Tibbi Mərkəz PHŞ-də 5 nömrəli Doğum Evinin baş həkimi vəzifəsində işləyib.

2023-2025-ci illərdə Nizami Tibb Mərkəzinin Doğum Evinin direktor müavini, Doğum Evinin rəhbəri vəzifəsində işləyib.

Xarici ölkələrdə keçirilən çoxsaylı konfranslarda iştirakçı və məruzəçi olub.

30-a yaxın elmi məqalələrin və bir monoqrafiyanın müəllifidir.

Həmçinin, bir neçə tibb üzrə fəlsəfə doktoru dissertasiyasına rəsmi opponent olub.

22.12.2025-ci ildə Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin