Baş nazir: "Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub"

Hazırda oxunan: Baş nazir: "Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub"

586954

"Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır. Prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı etimad iqtisadi əməkdaşlığımızın davamlı inkişafı üçün möhkəm zəmin yaradıb".

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

O, qeyd edib ki, Türkiyə Azərbaycanın vacib ticarət tərəfdaşıdır:

"Bu gün iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi prioritet istiqamətlərimizdən biridir. Bu prosesə Preferensial Ticarət Sazişi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayının artırılması, eləcə də 2023-cü ildə Türkiyədə fəaliyyətə başlayan ticarət nümayəndəliyimiz töhfə verir. İnvestisiya əməkdaşlığımız müsbət dinamika nümayiş etdirir.

Bu günədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə qoyub".

"Azərbaycanda 4600-dən çox Türkiyə şirkəti fəal iş aparır. Eyni zamanda, Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadi inkişafına öz töhfəsini verir.

Qarşılıqlı sərmayə qoyuluşunu bundan sonra da ardıcıl şəkildə davam etdirmək əzmindəyik.

Bu investisiyalar hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, xalqlarımızın rifah halının yüksəldilməsinə xidmət edir", - deyə Ə.Əsədov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin