Sumqayıtda 1 300 abonentə qazın verilişində fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.
Bildirilib ki, 23 dekabrda Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yeni quraşdırılmış şkaf tipli qaztənzimləyici məntəqənin mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.
Belə ki, aparılacaq işlərlə əlaqədar qəsəbə üzrə 1 300 abonentin qaz təchizatı saat 10:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa ediləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:30 / 23.12.2025
Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
Hazırda oxunan: Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
Hazırda oxunan: Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
586944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































