Gümüşün qiyməti 70 dollar həddini keçdi

Hazırda oxunan: Gümüşün qiyməti 70 dollar həddini keçdi

586938

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti bir troya unsiyası üçün70 dolları ötərək, tarixi maksimumu yeniləyib.

Bizim.Media xəbər verir ki, bunu ticarət platformasının məlumatları göstərir.

Belə ki, gümüşün qiyməti Bakı vaxtı ilə saat 07:00-da 3.77% artaraq, bir troya unsiyasına görə 70.035 dollar təşkil edib.

Bakı vaxtı ilə saat 07:20-də isə gümüşün qiyməti 69.845 dollar olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin