Bakıda avtosalonun qarşısındakı səki avtomobillərdən təmizləndi – VİDEO

Hazırda oxunan: Bakıda avtosalonun qarşısındakı səki avtomobillərdən təmizləndi – VİDEO

586930

Xətai rayonu, Babək prospektində "Electric Auto" avtosalonunun qarşısındakı səki avtomobillərdən təmizlənib.

Bununla bağlı Bizim.Media-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Babək prospektində qeyd edilən avtosalonun piyadalar üçün nəzərdə tutulan səkini zəbt etməsi ilə bağlı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən profilaktik tədbir həyata keçirilib:

"Piyada səkisi təmizlənib orada və avtomobillərin qanunsuz park edilməsi halları ilə bağlı inzibati protokollar tərtib edilib". (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin