Sosial şəbəkələrdə Bakı şəhəri 104 nömrəli tam orta məktəbdə siniflərdən birində istiliyin verilməməsi ilə bağlı məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, valideyn övladının oxuduğu sinfin soyuq olmasından şikayətlənib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb. Bildirilib ki, məktəbin binası mərkəzləşdirilmiş qaydada “Azəristiliktəchizat” ASC tərəfindən təmin edilir.
MÖVZU İLƏ BAĞLI:
Bakıda bu binanın yarısında istilik var, yarısında yox - VİDEO
Ərazidə müxtəlif vaxtlarda istilik xətlərində qəza baş verdiyindən istiliyin verilməsində müxtəlif məhdudiyyətlər olur. Hazırda məktəb istiliklə normal qaydada təmin edilir.
"Şikayət edilən sinif 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikilmiş korpusda yerləşir. İstiliklə zəif təmin olunan sinfin şagirdləri məktəb rəhbərliyi tərəfindən digər sinif otağına köçürülüb” – deyə açıqlamada bildirilib.
Bizim.Media