Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli yerli bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “KİA” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “VAZ” avtomobilində olan 1951-ci il təvəllüdlü Əhmədov Əli Bayramqulu oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
“KİA” markalı avtomobildə olan Həsənova Aynur Mahir qızının xəsarətləri yüngül olduğundan ona ambulator müalicə təyin edilib və evə buraxılıb.
Qeyd edək ki, “KİA” markalı avtomobil 44 günlük Vətən müharibəsi şəhidi Məqsəd Həsənovun ailəsinə məxsusdur. Xəsarət alan Aynur Həsənova şəhidin bacısıdır.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu






























































































