Masallıda şərab evində saxta alkoqollu içkilər aşkarlandı - FOTO

Hazırda oxunan: Masallıda şərab evində saxta alkoqollu içkilər aşkarlandı - FOTO

586889

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, H.Əliyev prospektində “Secret Şərab Evi” MMC-yə məxsus şərab evində keçirilmiş yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu müəyyən ediblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya erilən məlumata görə, “Vip Line” və ”Berezka” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Araşdırmalar davam etdirilir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin