Göyçayda güclü yanğın hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, şəhər ərazisində yerləşən fərdi yaşayış evində başlayan yanğın daha sonra digər evlərə də keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
İlkin mərhələdə güclü alov lokallaşdırılıb, ətraf ərazilər yanğından mühafizə edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.





Bizim Media, Aran bürosu




























































































