Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, zərərçəkənin “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə 4 min manatının ələ keçirilməsi barədə polisə müraciəti daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı S.Əhmədova müəyyən olunaraq saxlanılıb.
Fakt üzrə araşdırma aparılır.
Bizim.Media






























































































