Yuxusuzluqla mübarizənin sadə yolu: Qaranlıqda duş alın

Hazırda oxunan: Yuxusuzluqla mübarizənin sadə yolu: Qaranlıqda duş alın

586858

Yuxu üzrə məsləhətçi Elli Har və somnologiya üzrə həkim Klær Rums yuxusuzluqla mübarizənin gözlənilməz üsulunu açıqlayıblar.

Bizim.Media xəbər verir ki, onların tövsiyəsi "Daily Mail" nəşrində yayımlanıb.
 

Mütəxəssislərin sözlərinə görə, sosial şəbəkə istifadəçilərinin çoxu yuxusuzluqla mübarizə aparmaq üçün duşu qaranlıqda və ya zəif işıqlı şəraitdə qəbul etməyin faydalı olduğunu bildirirlər. Har bu üsulun effektivliyini belə izah edib: isti su bədənin temperaturunu aşağı salır və bu, orqanizm üçün yuxu vaxtının gəldiyini göstərən əsas siqnaldır.


O, həmçinin yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün zəif işığın vacib olduğunu qeyd edib.

Belə işıq orqanizmi istirahət rejiminə keçirir və melatonin hormonunun ifrazını təşviq edir. Melatonin isə sirkadiyal ritmlərin tənzimlənməsində əsas rol oynayır. (Redaktor.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin