AHİK: Yeni il hədiyyələri ilə bağlı yayılan iddialar reallığı əks etdirmir

Hazırda oxunan: AHİK: Yeni il hədiyyələri ilə bağlı yayılan iddialar reallığı əks etdirmir

586847

Son günlər mətbuatda və sosial şəbəkələrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyəti ilə bağlı yayılan bəzi məlumat və şərhlərdə Yeni il münasibətilə təqdim olunan bayram hədiyyələrinin mahiyyəti məqsədli şəkildə yanlış kontekstdə təqdim olunur.

Bu barədə Bizim.Media-ya AHİK-dən bildirilib.
 

“Yeni il bayramı ərəfəsində həmkarlar ittifaqları tərəfindən üzvlərə və onların ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlara bayram hədiyyələrinin verilməsi uzun illərdir mövcud olan sosial xarakterli ənənədir və bu təşəbbüs cari ildə də davam etdirilir. Bu təşəbbüslərin fərqli və təhrif olunmuş formada təqdim edilməsi isə məsələnin mahiyyətinə kölgə salmağa yönəldilib. 


AHİK-in fəaliyyətinə bu cür yanaşmalar reallığı əks etdirmir, həyata keçirdiyi sosial təşəbbüslərin təhrifedici və qərəzli təqdimatı ictimai rəyin yanlış formalaşmasına səbəb olur.

AHİK daim həyata keçirdiyi sosial proqramlar barədə ictimaiyyətə rəsmi kanallar vasitəsilə dolğun məlumat verir. 

İctimaiyyəti və media nümayəndələrini məsələlərə obyektiv yanaşmağa, sosial təşəbbüsləri təhrif olunmuş təqdimat predmetinə çevirməməyə çağırırıq” – məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin