Amnistiya aktı Şəfaqət Bağıyevaya da ŞAMİL EDİLDİ – FOTO

Hazırda oxunan: Amnistiya aktı Şəfaqət Bağıyevaya da ŞAMİL EDİLDİ – FOTO

586827

Amnistiya aktı Xırdalanda xəstənin ölümünə səbəb olan tibb bacısı Şəfaqət Bağıyevaya da şamil edilib. 

Bizim.Media xəbər verir ki, o, bu gün cəza çəkdiyi 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsimdən azadlığa buraxılıb.
 

Məlumat üçün bildirək ki, məhkəmənin qərarı ilə Şəfaqət Bağıyeva 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Amnistiya aktı ilə o, cəzasının çəkilməyən (1 il) hissəsindən azad edilib.


Qeyd edək ki, Amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzasının 6 ay azaldılması nəzərdə tutulur.

Amnistiya ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcək. 

Xatırladaq ki, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.




Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin