“28 May”dan “Nizami”yə hərəkətin məhdudlaşdırılması ilə bağlı YENİ XƏBƏR – RƏSMİ

Hazırda oxunan: “28 May”dan “Nizami”yə hərəkətin məhdudlaşdırılması ilə bağlı YENİ XƏBƏR – RƏSMİ

586826

“Bakı Metropoliteni”nin “28 May” stansiyasında tunelin inşası ilə bağlı stansiyadan “Dərnəgül” xətti üzrə birbaşa gediş olmayacaq.

Bu barədə açıqlamanı “Bakı Metropoliteni” QSC ilin əvvəllərində açıqlamışdı. Bildirilmişdi ki, “Dərnəgül” - “Həzi Aslanov” xətti “Nizami” stansiyasına və ya “Həzi Aslanov” – “Dərnəgül” xətti “28 May” stansiyasına qədər fəaliyyət göstərəcək. Eyni zamanda, “Həzi Aslanov” - “İçərişəhər” xətləri üzrə qatarlar da “28 May” stansiyasında dayanmayacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Sərnişinlərin DİQQƏTİNƏ: “28 May”dan “Nizami”yə hərəkət bu tarixdən DAYANDIRILIR


Bu prosesin başlamasına səbəb metronun Qırmızı və Yaşıl xətlərinin ayrılmasıdır. Bunun üçün “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunel inşa olunacaq.

Maraqlıdır ki, tunel tikintisi ilə əlaqədar hərəkətin dayandırılması ilə bağlı işlərə nə vaxt start veriləcək?

“Bakı Metropoliteni” QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, tikinti və texniki hazırlıq prosesi və işlərin icrası mərhələli şəkildə həyata keçiriləcək:

“Bakı Metropoliteni”nin inkişafı ilə bağlı həyata keçiriləcək yeni layihələr çərçivəsində “Dərnəgül” deposunun tikintisinin birinci mərhələsi və “28 May” stansiyasının yaxınlığındakı şaxtanın inşası başa çatdıqdan sonra xətlərin ayrılması layihəsinə başlanılacaq. Tikinti və texniki hazırlıq prosesi və işlərin icrası mərhələli şəkildə həyata keçiriləcək.

Bu və digər məsələlər, həmçinin hərəkətin təşkili, iş rejimində tətbiq ediləcək dəyişikliklərlə bağlı ictimaiyyətə əvvəlcədən rəsmi məlumat veriləcək”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin