Prezidentin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində icra olunur.
Bu gün Amnistiya aktının icrası ilə azadlığına qovuşan bir neçə şəxs öz təəssüratlarını Bizim.Media ilə bölüşüblər.
Cəzasının yarısı bağışlanmaqla tam azadlığa buraxılan Seyidağa Məmmədzadə bu qərara çox sevindiyini bildirib:
"Prezident İlham Əliyevə amnistiya üçün təşəkkürümü bildirirəm. 5 ay 26 gün ümumi cəza müddətim var idi. Cəzamın yarım müddətini çəkmişəm, yarım müddətindən isə amnistiya qərarına görə azad olunuram. Şənbə günü bu qərarın mənə də şamil olunduğunu öyrəndim və çox sevindim. Azadlığın qədrini bilib cinayətdən uzaq olmaq lazımdır".
3 ilə yaxın həbsdə olan Nəcməddin Ağazadə isə ailəsinə sürpriz edəcəyini deyib:
"Həddən artıq sevincliyəm, ailəmə sürpriz edəcəkdim, yəqin ki, çəkilişlərdən sonra sürpriz pozuldu. İki il 11 aydır həbsdəyəm, bundan sonra həyatımı cinayət törətmədən yaşayacam".
Qeyd edək ki, Amnistiya aktının ilkin siyahısına əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox şəxsin cəzasının 6 ay azaldılması nəzərdə tutulur.
Amnistiya ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcək.
Xatırladaq ki, "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib.


Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:16 / 22.12.2025
Bu gün azadlığına qovuşan məhkumların ilk təəssüratları – FOTO
Hazırda oxunan: Bu gün azadlığına qovuşan məhkumların ilk təəssüratları – FOTO
Hazırda oxunan: Bu gün azadlığına qovuşan məhkumların ilk təəssüratları – FOTO
586821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































