Bu kəndlərə daha 32 ailə yola salındı – FOTO

Hazırda oxunan: Bu kəndlərə daha 32 ailə yola salındı – FOTO

586803

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, eləcə də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. 

Bizim.Media-nın yerli müxbiri xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə - 14 nəfər, Kolatağ kəndinə 7 ailə - 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailə - 11 nəfər, Badara kəndinə isə 15 ailə - 66 nəfər Ağdam rayonu ərazisindən yola salınıb. 
 

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin