Mingəçevirdə 36 yaşlı kişi bıçaqlanıb. Hadisə gecə saatlarında Mingəçevir şəhərində qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Ramin Əhmədovla 1989-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Ənvərpaşa Qasımovun arasında münaqişə baş verib.
Nəticədə R.Əhmədov Ə. Qasımova bıçaq zərbəsi endirib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu




































































































