Avtobus sürücüsü dəhşət saçdı

Hazırda oxunan: Avtobus sürücüsü dəhşət saçdı

58675
Bu gün səhər saatlarında Bakının Əmircan qəsəbəsində sərnişin avtobusu böyük faciəyə səbəb olacaqdı. 

Bu barədə ANS PRESS-in “qaynar xətti”nə məlumat verilib. Verilən məlumata görə, Əmircan qəsəbəsi istiqamətində hərəkət edən sərnişin avtobusu dəmir yolu xəttindən keçərkən yol hərəkəti qaydasını kobud şəkildə pozub.

Belə ki, dəmir yolunda avtomobilləin dayanması üçün nəzərdə tutulan şlaqbaum endirilən zaman avtobus sürücüsü buna əhəmiyyət verməyib. Avtobus qatarın gəldiyi zaman dayanmadan dəmir yolunu keçib.

Xoşbəxlikdən avtobus dəmir yolunda şlaqbauma ilişməyib. Bu da qəzasız ötüşüb.

Xatırladaq ki, 2012-ci ilin avqustun 31-də Lökbatan qəsəbəsində 124 saylı sərnişin avtobusu Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı ilə toqquşmuşdu. Qəza sırf avtobus sürücüsünün günahı ucbatında baş vermişdiş. Avtobus sürücüsü qatarın gəldiyini görsə də, avtobusu saxlamamışdı. Rəsmi məlumatlara görə, qəza nəticəsində 6 nəfər ölmüş, 54 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin