Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

Hazırda oxunan: Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

586740

Abşeron rayonu, Xırdalan şəhər sakini Ülviyyə Məmmədova səhvən başqasının hesabına köçürdüyü pulu geri ala bilmir.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, o, 1000 manat məbləğində vəsaiti yanlış kart hesabına göndərib.
 

Ülviyyə Məmmədovanın sözlərinə görə, 18 dekabr tarixində marketlərin birində ödəniş sistemi vasitəsilə tanışına 1000 manat köçürmək istəyib. Lakin diqqətsizlik səbəbindən vəsait başqa bank kartına göndərilib.


Sistem üzrə aparılan əməliyyat zamanı pulun göndərildiyi şəxsin adı Pərvanə Yaqublu kimi qeyd olunub. Buna baxmayaraq, zərərçəkən tərəf həmin şəxslə əlaqə yarada bilmədiyini bildirib. Onun sözlərinə görə, nə həmin şəxsi tapmaq mümkün olur, nə də bank kart sahibinin məlumatlarını təqdim edir.

Ülviyyə Məmmədova bildirib ki, hazırda borclu olduğu şəxs hər gün pulu tələb edir və bu vəziyyət onu əlavə çətinliklərlə üz-üzə qoyur. O deyib ki, məsələ ilə bağlı aidiyyəti bank qurumuna və Abşeron Rayon Polis İdarəsinə rəsmi müraciət ünvanlanıb. Hazırda hadisə ilə bağlı araşdırmanın aparılması gözlənilir.
 

Hüquqşünas Şamil Paşayev deyir ki, bu kimi hallarda vətəndaşlar son dərəcə diqqətli olmalıdırlar. Səhv göndərilən vəsaitin geri qaytarılması mümkündür, lakin bu, hüquqi baxımdan çətin prosesdir.


Onun sözlərinə görə, belə hallarla üzləşən vətəndaşlar ilk növbədə bank vasitəsilə pulun köçürüldüyü kart sahibinə, problem həll olunmadığı təqdirdə isə məhkəməyə müraciət etməlidirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin