Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Hazırda oxunan: Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

586738

Bakıda gecə saatlarında məhəllənin hasarı tikinti şirkəti tərəfindən uçurulub.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 ünvanında yaşayan sakinlər belə iddia edirlər.

Vətəndaşların sözlərinə görə, həmin ünvanda "Xəmsə Palace 2021" MTK tərəfindən iki bina inşa edilib. Lakin bir müddət əvvəl üçüncü binanın tikintisi zamanı qazıntı işləri aparılarkən onların həyətinə məxsus hasar uçub.

Ev sahibi iddia edir ki, məhkəmə qərarına əsasən tikinti işləri dayandırılmalı idi, lakin buna baxmayaraq, proses hələ də davam etdirilir.
 

Sakinlərin şikayəti ilə bağlı "Xəmsə Palace 2021" MTK-dan bildirilib ki, sözügedən binalar 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət başçısının sərəncamına əsasən tikilib. Şirkət nümayəndəsinin sözlərinə görə, vətəndaşın qeyd etdiyi daş hasarın uçması yağıntılı hava şəraitində torpaq qatının yumşalması ilə əlaqədardır.


Tikinti şirkəti həmçinin iddia edib ki, vətəndaşın yaşadığı 24 sot torpaq sahəsi MTK-nın rəsmi ərazisinə daxildir.

Vətəndaş isə bildirib ki, torpağın çıxarışı olmasa da, onun əlində bələdiyyə sənədi mövcuddur. O, çıxarışın alınması üçün müvafiq dövlət qurumuna müraciət edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin