Prezidentin köməkçisi Xalq rəssamını evində ziyarət etdi

Hazırda oxunan: Prezidentin köməkçisi Xalq rəssamını evində ziyarət etdi

586683

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq rəssamı, heykəltaraş, "Şərəf", "İstiqlal", "Heydər Əliyev" ordenləri ilə təltif olunmuş Ömər Eldarovu evində ziyarət edib.

Bizim.Media xəbər verir ki, Anar Ələkbərov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"98 - kimsə üçün sadəcə bir rəqəmdir. Ömər müəllim üçün isə bu, nurla, həyat təcrübəsi və Allahın xeyir-duası ilə dolu bir ömür yoludur.

Bu illəri Siz şərəf və ləyaqətlə yaşamısınız - təkcə daşda və bürüncdə deyil, insanların qəlbində də iz qoymusunuz.

Qoy canınız sağlam, ruhunuz gənc, təbəssümünüz isə həmişə belə işıqlı olsun.

Doğum gününüz mübarək, Sənətkar!", - paylaşımda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin