Regionda dayanmadan qar yağacaq: hava kəskin dəyişir – TARİX

Hazırda oxunan: Regionda dayanmadan qar yağacaq: hava kəskin dəyişir – TARİX

586675

Regionda ilin sonuna qədər havalar soyuq keçəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat yayıb.

O bildirib ki, 21 dekabrda Moskva bölgəsində yenidən qar yağmağa başlayıb və bu vəziyyətin ilin sonuna qədər davam edəcəyi gözlənilir.

“Qar ilin sonuna qədər əriməyəcək, əksi olacaq. Qarşıdakı həftə ərzində Moskvada qarın qalınlığı 5-7 sm-ə, Yeni ilə qədər isə 11-13 sm-ə qədər artacaq”, – deyə sinoptik bildirib.

Paralel olaraq, Türkiyədə də oxşar proqnozlar verilib. Belə ki, Kandilli Rəsədxanası Meteorologiya Laboratoriyasının meteoroloqu Adil Tek İstanbulda qar yağma ehtimalına diqqət çəkib.

Qlobal proqnoz modellərinə görə, şimaldan gələn soyuq hava dalğası dekabrın 28-dən etibarən İstanbul və Mərmərə bölgəsində temperaturu aşağı salacaq: “29 və 30 dekabrda yağıntıların qar şəklində ola biləcəyi və bunun təxminən 4-5 gün davam edəcəyi gözlənilir”.

Qeyd edək ki, Azərbaycanda da Yeni il bayramı günlərində hava durumunun necə olacağı maraq obyektindədir. Bundan əvvəl isə Bakıda qarlı havalarla bağlı hazırlıqlar barədə məlumat yayılmışdı.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. Məqsəd rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirəsidir. (Globalinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin