Sumqayıtda zəncirvari avtoqəza olub, xəsarət alanlar var - FOTO/VİDEO

Hazırda oxunan: Sumqayıtda zəncirvari avtoqəza olub, xəsarət alanlar var - FOTO/VİDEO

586612

Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə şəhərin Babək küçəsində baş verib.

Belə ki, "Mazda", "Kia" markalı minik avtomobilləri və bir yük avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

İddialara görə, "Mazda" markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə yük avtomobilinə çırpılıb, daha sonra isə təkər təmiri sexində dayanan "Kia" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin