Rüfət Əzizov 2025-ci ilin ƏN YAXŞI rektoru seçildi - FOTO

Hazırda oxunan: Rüfət Əzizov 2025-ci ilin ƏN YAXŞI rektoru seçildi - FOTO

586610

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov 2025-ci ilin ən yaxşı rektoru seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsində qeyd edilib.

Sözügedən səhifə artıq 5 ildir ki, "ilin rektoru" yarışmasını səsvermə ilə deyil, universitetlərin il ərzində bütün sahələr üzrə göstərdiyi nəticələrə uyğun seçir.

Rüfət Əzizovun rəhbərliyi ilə ADNSU-nun 2025-ci il üzrə nailiyyətləri diqqətə alınaraq, rektor ilin “ən yaxşısı” statusunu qazanıb.

Belə ki, ADNSU-da cari il ərzində tədrisin keyfiyyətinin artımı üçün bakalavr səviyyəsinə qəbul 10% azaldılıb, magistratura qəbulunda 17% artım olub, ingilis dilində tədris proqramlarına qəbul 9% artaraq ümumi qəbulun 21%-ni təşkil edib, xarici tələbə qəbulunda isə əvvəlki illə müqayisədə 3 dəfə artım olub.

Universitet “AD Scientific Index” beynəlxalq reytinqində Azərbaycan üzrə 2-ci yerdədir, bu da universitetin elmi potensialının güclənməsini göstərir. Həmçinin QS Dünya Universitetləri Reytinqi 2026” nəticələrinə görə ADNSU 851-900 aralığında yer alıb.

ADNSU “QS Stars” auditində mümkün olan maksimum – 5 ulduz ilə qiymətləndirilib ki, bu da universitetin müxtəlif sahələrdə (tədris, beynəlxalq əlaqələr, məşğulluq və s.) yüksək keyfiyyətə malik olduğunu göstərir. Bundan əlavə əməkdaşlara bu il ərzində olan bayramlarda yüksək məbləğdə mükafatlar verilib. Differensial əlavə əməkhaqqı + mükafat fondu bu il təxminən 5 milyon olub. Bundan başqa, əməkdaşların maaşları 30%-ə qədər artıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin