Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol qəzası Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Sincan kəndindən keçən hissəsində baş verib.
"Mercedes Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Ölən və xəsarət alan şəxslərin Balakən rayon sakinləri olduğu bildirilir.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
21:47 / 20.12.2025
Oğuzda mikroavtobus qəzaya uğradı - Ölən və yaralılar var -FOTO
Hazırda oxunan: Oğuzda mikroavtobus qəzaya uğradı - Ölən və yaralılar var -FOTO
Hazırda oxunan: Oğuzda mikroavtobus qəzaya uğradı - Ölən və yaralılar var -FOTO
586607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































