“Qərar ani verildi, məhsullar əlimizdə qalacaq”– Elektron siqaret gətirənlər çətin vəziyyətdə - VİDEO

Hazırda oxunan: “Qərar ani verildi, məhsullar əlimizdə qalacaq”– Elektron siqaret gətirənlər çətin vəziyyətdə - VİDEO

586591

"Tütün və tütün məmulatı haqqında" Qanuna təklif olunan dəyişiklik sahibkarları çətin vəziyyətdə qoyub. Beləki dəyişiklik qəbul edilərsə, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.

Bizim.Media xəbər verir ki, qadağan edilməsi düşünülən məmulatları ölkəyə gətirən iş adamları deyirlər ki, külli miqdarda məhsul əllərində qalacaq.

Eyni zamanda hələ sifariş etdikləri məhsulu yolda olan sahibkarlar da az deyil.

Sahibkarlar deyirlər ki, məhsulları kredit hesabına alıblar. Verilən ani qərar onlara ciddi maliyyə xərci yaradacaq.

Təklif olunan dəyişikliyin yumşaldılması üçün sahibkarlar hökümətə müraciət ediblər.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin