Goranboyda dəm qazı can alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Məşədiqaralar kəndində qeydə alınıb.
2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq dünyasını dəyişib.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

































































































