Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, əklilin üzərində “Rəşad Dağlının adından əziz xatirəsinə” sözləri yer alıb.
Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızmış, bundan sonra onun səhhətində ciddi problemlər yaranmışdı.
Xatırladaq ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu qətlə yetirməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media
































































































